Tədqiqatçı arxiv işləri bölməsinin qiraət zalında məxfi və tam məxfi arxiv sənədləri ilə işlədikdən sonra arxiv işləri bölməsinin əməkdaşı tədqiqatçının öz xüsusi bloknotunda apardığı qeydlərin sorğuda göstərilən mövzuya uyğun olub-olmamasını yoxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Müvəqqəti istifadəyə verilmiş hər bir işin yerində əvəzedici kartoçka yerləşdirilir. Kartoçkada fondun, siyahının, işin nömrəsi, verilmə tarixi, işi alan şəxsin soyadı, adı, atasının adı, vəzifəsi göstərilir və işi verən əməkdaş tərəfindən imzalanır.