Abşeron Rayon Mühafizə İdarəsinə yeni rəis təyin olunub.
Heftelik.az-ın Axar.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə Hikmət Usubov Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsi vəzifədən azad edilərək, Abşeron Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Hikmət Usubov hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibi olan Ramil Usubovun qardaşı oğludur.