Rusiyada 33 yaşlı azərbaycanlı faciəli şəkildə həlak olub Rusiyanın İnquşetiya Muxtar Respublikasında azərbaycanlı gənc faciəli şəkildə vəfat edib.
Heftelik.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə dekbarın 2-si yerli vaxtla saat 17:04 Nazran şəhərində baş verib. Şəhərin Moskvovskaya küçəsində, 116 saylı ünvanda 1-ci və 2-ci mərtəbələrin arasına beton plitə tökərkən döşəmə arası plitələrin uçması, nəticədə 2 nəfər xəsarət alıb.
Yaralılardan 1-i yüngül xəsarətlər alsa da, digəri xəstəxanaya aparılarkən yolda keçinib. Fövqəladə Hallar Nazirliyinin İnquşetiya Respublikası üzrə Baş İdarəsi hadisə zamanı 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşının həlak olduğunu açıqlayıb. Hadisə ilə bağlı iş zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.