Cinayət prosesini həyata keçirən orqanın hansı müddətlərdə şəxsi şübhəli şəxs vəziyyətində saxlamağa haqlı olmadığı açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan aşağıdakı müddətlərdə şəxsi şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil:
– tutulmuş şəxsi — 48 saatdan artıq (bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla);
– həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi — qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on) gündən artıq.
Nəzərdə tutulmuş müddət qurtaranadək cinayət prosesini həyata keçirən orqan şübhəli şəxsi azad edərək, haqqında seçilmiş qətimkan tədbirini ləğv etməli və ya onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarmalıdır. Şübhə kifayət qədər əsaslı deyilsə, cinayət prosesini həyata keçirən orqan və ya məhkəmə yuxarıda qeyd edilən nəzərdə tutulmuş müddətlər qurtaranadək şübhəli şəxsi azad etməli və haqqında seçilmiş qətimkan tədbirini ləğv etməlidir.