Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Heftelik.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə,  Salyan şəhəti N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.

Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.

***

3 dekabr saat 13:39

Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Salyan şəhərində qeydə alınıb.

Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.

Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.