Sığortaçıya girov qoyulmuş aktivlər sığorta ehtiyatlarının təmin edilməsində iştirak etmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Məcmu kapitalın hesablanmasında isə həmin aktivlərə girov şəklində təminat kimi çıxış edən aktivlərin təsnifatına uyğun olaraq müvafiq əmsallar tətbiq edilməlidir. Həmin aktivlərin fərqləndirilməsi üçün hesabat formasında aktivin adının qarşısında “(Sığortaçıya girov qoyulmuş)” sözləri yazılmalıdır.