30 iyun 2023-cü il tarixində başa çatan altı ay ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş rəhbərliyinə 850 min manat cəmi ödəniş edilib.
Heftelik.az-ın məlumatına görə, 2022-ci ilin müvafiq dövründə bu göstəricinin həcmi 860 min manat təşkil edib.
Qeyd edək ki, qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti, birinci Vitse-prezident və doqquz Vitse-prezidenti daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də qrupun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə, ödənişlər almaq hüququna malikdirlər.