2020-ci il noyabrın 10-dan indiyədək 65 nəfər mina partlayışı nəticəsində həlak olub.
Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Ombudsman bildirib ki, ölənlərin arasında mülki şəxslər çoxluq təşkil edir: “Mina partlayışı nəticəsində 272 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 1991-ci ildən bu günə qədər 357 nəfəri uşaqlar, 38 nəfəri qadın olmaqla 3416 nəfər minadan zərərçəkən kimi qeydiyyata alınıb”.