Vakant yerlərə YERLƏŞDİRMƏ

04 Dekabr 2023, 15:00

Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə topladıqları bala əsasən sistem tərəfindən aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.

Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

– ümumtəhsil proqramı üzrə toplanılan bal;

– təhsil məlumatları (təhsil səviyyəsi, elmi dərəcəsi);

– ali və ya orta ixtisas təhsilini fərqlənmə ilə bitirmə;

– pedaqoji staj.

Vakant yerləri tutan namizədlər müsahibəyə buraxılır.