Bakıda iki nəfər özünü asaraq intihar edib.

Heftelik.az-ın məlumatına görə,  Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Turan Hümmətov yaşadığı evdə özünü asaraq öldürüb.

Bundan başqa Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1965-ci il təvəllüdlü Ramiz Ağayev evinin həyətində özünü iplə asaraq həyatına qəsd edib.

Hər iki faktla bağlı araşdırma aparılır.