Likvidlik riski hesabatlığının effektivliyini təmin etmək məqsədilə bankın menecment informasiya sisteminin ən azı hansı tələblərə də cavab verməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Likvidlik riski hesabatlığının effektivliyini təmin etmək məqsədilə bankın menecment informasiya sistemi ən azı aşağıdakı tələblərə də cavab verməlidir:

– Bu Qaydanın tələbləri nəzərə alınmaqla, bankın daxili qaydaları ilə müəyyən edilmiş dövrilikdə bankın likvidlik mövqeyinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi və onlara nəzarət olunması;

–  dövri hesabatların stress şəraitində təfsilatlı və daha sıx dövriliklə hazırlanması.