Banklara münasibətdə ölkə kredit reytinqindən maksimum 5 pillə, hüquqi şəxslərə münasibətdə isə ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı kredit reytinqi dedikdə hər bir halda “B-“ və ya ona ekvivalent olan digər kredit reytinqinə qədər olan kredit reytinqləri nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.

Bu halda “B-“ və ya ona ekvivalent olan digər kredit reytinqindən daha aşağı reytinqə malik olan bankın kredit reytinqi ölkə kredit reytinqinə münasibətdə 5 pillədən, hüquqi şəxsin kredit reytinqi isə ölkə kredit reytinqinə münasibətdə 2 pillədən aşağı sayılır.