Su obyektlərinin səthində neftin lokallaşdırılması bon sədlərinin quraşdırılması ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İşlərin aparılması zamanı bon sədlərinin quraşdırılmasının iştirakçıları arasında etibarlı radio rabitə təmin edilməlidir. Bon sədlərinin düzülməsi və quraşdırılması zamanı aşağıdakı təhlükəsizlik tədbirlərinə riayət olunmalıdır:
– bon sədlərinin quraşdırılması üzrə işlər kifayət qədər yükqaldırma qabiliyyətinə və dayanıqlığa malik qayıqların, katerlərin köməyi ilə aparılmalıdır;
– kiçik həcmli gəmiləri müəyyən olunmuş nümunəvi şəhadətnaməsi olan gəmiçilər idarə etməlidirlər;
– qayıqlar, katerlər saz vəziyyətdə olmalı və xilasetmə vasitələri ilə, ştat avadanlığı ilə dəstləşdirilməlidir;
– üzmə vasitələrindən bon sədlərinin quraşdırılması xüsusi geyimdə olan, xilasetmə jiletləri geymiş ən azı iki fəhlə tərəfindən yerinə yetirilməlidir.