İzoləedici maşının təhlükəsiz istismarını təmin etmək üçün o, qanovun kənarında quraşdırılmış idarəetmə pultu olan ştanqla, xəndəyin daxilində işlər aparıldıqda, səs xəbərdaredici qurğu ilə, izoləedici materialın qızma temperaturunu avtomatik tənzimləmə və çəndə mastikanın səviyyəsini avtomatik idarəetmə qurğuları ilə təchiz edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Boru xətti üzərində izoləedici maşının hərəkəti zamanı onun aşmasının qarşısını almaq üçün ştanqlardan dayaq kimi isifadə edilməlidir.