Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyası zamanı bu Qaydanın tələbləri pozulduğu hallarda məhkəmə həmin buraxılışı etibarsız hesab edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Bu halda həmin emissiyaya daxil olan bütün qiymətli kağızlar dövriyyədən çıxarılır və beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsindən əldə edilmiş vəsait investorlara qaytarılır.