Qeydiyyatlı poçt göndərişlərinə sifarişli və qiyməti bəyan olunmuş məktub poçtu göndərişləri, adi və qiyməti bəyan olunmuş bağlamalar, sürətli poçt göndərişləri aid edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Qəbul, işlənilmə, daşınma və çatdırılma (verilmə) texnologiyasından asılı olaraq poçt göndərişləri sadə, sifarişli, adi və qiyməti bəyan olunmuş kateqoriyalara bölünür.