Beynəlxalq təşkilatın qiymətli kağızlarının fond birjasında yerləşdirilməsi fond birjasının daxili qaydaları əsasında həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Beynəlxalq təşkilatlar qiymətli kağızlarının yerləşdirməsini investisiya şirkətləri və ya investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar vasitəsilə həyata keçirir. Beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsi müvafiq buraxılış şərtlərində əks olunmuş qaydada və vaxtda həyata keçirilir.