Neftçalada 10 yaşlı uşaq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Aşağı Surra kənd sakini, 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızının evdə halı pisləşib və xəstəxanaya aparılarkən yolda keçinib. Onun bir həftə əvvəl qızılcaya yoluxduğu və ev şəraitində müalicə aldığı qeyd edilir. Uşağa əvvəllər qızılca əleyhinə peyvəndin vurulmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Neftçala rayonunda aztaşlının həkiməqədər ölümü qeydə alınıb: “Təşrih vasitəsi ilə aparılan tibbi ekspertiza nəticəsində şəxsin əsl ölüm səbəbi haqqında son rəy bildrimək mümkündür”.