Hər bir ssenari bütün balans və balansarxası maddələrə tətbiq edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Maddələrdə baş verən dəyişikliklər təhlil olunmalı və bankın likvidliyinin və maliyyə göstəricilərinin proqnozlaşdırılmasında nəzərə alınmalıdır. Stress-testdə irəli sürülən fərziyyələr RİK tərəfindən təsdiq edilməlidir. Stress-testin nəticələri Müşahidə Şurası, RİK və İdarə Heyətinə, habelə bankın digər əlaqəli əməkdaşlarına təqdim edilməlidir.