İkinci qrup B aktivlərin hansı aktivlərdən ibarət olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Yüksək keyfiyyətli likvid aktivlərə likvidliyin örtülmə əmsalının hesablanması zamanı ikinci qrup B aktivlər daxil edilir.
İkinci qrup B aktivlər aşağıdakı aktivlərdən ibarətdir və hesablamada 50 (əlli) faiz həcmdə nəzərə alınır:
– İkinci qrup A aktivlərə aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqə malik qeyri-maliyyə institutlarının korporativ borc qiymətli kağızları;
– Azərbaycan Respublikasının xarici valyutada buraxdığı dövlət istiqrazları ilə qeyd-şərtsiz təmin olunmuş qeyri-maliyyə institutlarının korporativ borc qiymətli kağızları;
– İkinci qrup B aktivlərin nəzərə alınan hissəsi yüksək keyfiyyətli likvid aktivlərin 15 (on beş) faizindən, cəmi 2-ci qrup aktivlərin nəzərə alınan hissəsi isə yüksək keyfiyyətli likvid aktivlərin 40 (qırx) faizindən çox olmamalıdır.
Likvidliyin örtülmə əmsalı hesablanarkən aktivlər hesabat tarixinə olan bazar qiyməti həcmində nəzərə alınmalıdır.