Müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Komissiyaların tərkibi Nazirlik tərəfindən təhsil müəssisəsinin rəhbəri, metodist və psixoloqdan ibarət olmaqla təsdiq edilir. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir.