Müsahibədən keçmiş namizədlərə yerli bölmələr tərəfindən vakant yerlər təklif olunur.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Müsahibədən keçmiş namizədlərin nəticəsi eyni olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:
– şəhid ailəsinin üzvlərinə;
– təhsil pilləsi (səviyyəsi) daha yüksək olanlara;
– təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə;
– pedaqoji stajı daha çox olanlara;
– müəssisəyə daha yaxın ərazidə yaşayanlara.