Təmir edilən sahədə tıxacların doldurulmasından sonra odlu işlərin aparılmasının mümkünlüyünü müəyyən etmək üçün hava mühitində yanar qaz və buxarların tərkibi yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neft kəmərində qaynaq işləri, yanar qazların və buxarların odlu işlər aparılan yerə daxil olmadığı şəraitdə aparılmalıdır. Boru kəmərinin təmir aparılan sahəsində kəmərin hermetikləşdirici tıxaclar arasında yanar buxarların və qazların qatılığı yolverilən partlayış təhlükəli həddi keçməməlidir (havada buxar və qazın aşağı partlayış həddinin 5%-ni, həcmi qiymətlərlə neft üçün 0,07 % və ya 2,1 mq/l).