Qəza yeri aşkarlandığı zaman kəşfiyyat qrupunun hansı təhlükəsizlik tədbirlərini görməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəza yeri aşkarlandığı zaman kəşfiyyat qrupu aşağıdakı təhlükəsizlik tədbirlərini görməlidir:
– nəqliyyat vasitələrinə dayanma siqnalı vermək (nəqliyyat vasitələri neft dağılan yerdən ən azı 100 m məsafədə küləkdöyən tərəfdə dayanmalıdır);
– neft dağılan yerə yalnız küləkdöyən tərəfdən yaxınlaşmanı təşkil etmək;
– qəza yerini perimetr üzrə qırmızı siqnal bayraqları ilə və üzərində “NEFT, YANĞIN TƏHLÜKƏSİ VAR!”, “ODLA YAXINLAŞMAQ OLMAZ!”, “SİQARET ÇƏKMƏK OLMAZ!” yazılmış xəbərdarlıq lövhələri ilə çevrəyə almaq;
– gecə vaxtı qəza yerini partlayışdan mühafizə qaydasında hazırlanmış çıraqlar vasitəsilə qırmızı işıq siqnalları ilə nişanlamaq;
– yaşayış məntəqələrinə, dəmir yolu və ya avtomobil yollarına yaxın qəza yerinin yaxınlığında mühafizə postları qoymaq;
– kənar nəqliyyatın yol sahəsində dağılma yerindən ən azı 100 m məsafədə qəza yerindən keçib getməsini təşkil etmək.