Balaban sənətkarlığı və ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Heftelik.az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.
Qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Botsvananın Kasane şəhərində keçirilən 18-ci sessiyasında verilib.
Nominasiya Azərbaycan və Türkiyə tərəfindən təqdim edilib.
Bundan başqa iftar və onun sosial-mədəni ənənələri Azərbaycan İran, Türkiyə və Özbəkistan nominasiyası kimi, sədəfdüzmə sənətkarlığı Azərbaycan və Türkiyə, təzhib sənəti isə Azərbaycan İran, Tacikistan, Türkiyə və Özbəkistan nominasiyası kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, hazırda Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var.