Gömrük orqanının əməkdaşı xidməti davranışı zamanı xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məsələlərə müdaxilə etməməli, digər əməkdaşların səlahiyyətlərinə aid və onların icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən məsələlərə maraq göstərməməli və müdaxilə etməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Eyni zamanda müzakirə mərhələsində olan və bu barədə müvafiq qərar qəbul edilməyən məsələlərlə bağlı açıqlamalar verməməli, icraatında olan işlərin icrasına buna səlahiyyəti olmayan əməkdaşlar tərəfindən müdaxilə edilməsinin qarşısını almalıdır.