Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “ASAN Finans”ın biznes partnyorları ilə bağladıqları müqavilələrdə fiziki və hüquqi şəxslər barədə məlumatları əldə etməzdən əvvəl razılığın alınmasının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən tənzimləndiyi qeyd edilib, yəni bağlanan müqavilələrdə yalnız vətəndaşın razılığının alınmasından sonra məlumatların sorğulana biləcəyinə dair bənd qeyd edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
Beləliklə müqavilələrdə və ya müqavilələrin xüsusi şərtlərində bu barədə təsdiqedici sənədlərin EHİM tərəfindən istənilməsi və ya vətəndaş razılıqlarına dair maddi və elektron sübutların tələb olunması nəzərə alınmayıb.