Qohumluq əlaqələri və ya digər şəxsi asılılıq münasibətləri olan şəxslər məhkəmənin tərkibinə daxil ola bilməzlər.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Başqa şəxslərə edilən etirazları həll etmək səlahiyyəti olan şəxsə edilən etiraz ilk növbədə həll edilməlidir. Hakimə etiraz etmə ilə eyni zamanda cinayət prosesinin digər iştirakçısına, habelə məhkəmə iclası katibinə, tərcüməçiyə, ekspertə və ya mütəxəssisə etiraz edildikdə, ilk növbədə hakimə etiraz etmə məsələsi həll edilməlidir.