Həm say göstəricisinin, həm də təqaüd məbləğlərinin artımı müvafiq istiqamət üzrə xərc edilmiş vəsaitin də həcminin artımını təmin edib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.
Belə ki, 2020-ci illə müqayisədə 2022-ci ildə istiqamət üzrə xərc edilmiş vəsaitin həcmi 66,7% artmışdır. Başqa sözlə, təqaüdlər üzrə orta hesabla bir nəfərə düşən aylıq məbləğ 2020-ci ildə 94,0 manat, 2022-ci ildə isə 118,8 manat təşkil edib:
Təqaüdlərin xərclər üzrə dinamikası, min manatla
Göstəricilər | 2020 | 2021 | 2022 | 2022-ci il 2020-ci illə müqayisədə | |
Məbləğlə | Faizlə | ||||
Cəmi təqaüdlər | 324581,6 | 416672,3 | 541313,3 | 216731,7 | 166,8 |
Şəhid ailələrinin üzvlərinə | 36326,0 | 75607,7 | 72522,1 | 36196,1 | 199,6 |
Müharibə və 20 Yanvar əlillərinə | 57179,0 | 80594,3 | 81817,1 | 24638,1 | 143,1 |
Müharibə veteranları | 83725,8 | 84458,2 | 167084,4 | 83358,6 | 199,6 |
Ümumi səbəbdən orqanizm funksiyalarının 81-100% pozulmasına görə əlillərə | 62711,2 | 62826,4 | 63340,6 | 629,4 | 101,0 |
Ümumi səbəbdən orqanizm funksiyalarının 81-100% pozulmasına görə əlillərə qulluq edən şəxslərə | 30655,7 | 29796,9 | 49195,0 | 18539,3 | 160,5 |
Sağlamlıq imkanları məhdud 18 yaşınadək əlillərə qulluq edən şəxslərə | 35642,4 | 33782,9 | 50280,9 | 14638,5 | 141,1 |
Digər təqaüdlər | 18341,5 | 49605,9 | 57073,2 | 38731,7 | 311,2 |