Beynəlxalq bağlamanın ölkə xaricindən geri qaytarılması və ya yeni ünvana göndərilməsi üçün göndəricidən ÜPİ aktlarının müddəalarına uyğun əlavə göndərilmə haqqı alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Qeydiyyatlı poçt göndərişləri və pul köçürmələrinin yeni ünvana qaytarılması (yenidən göndərilməsi) üçün poçt rabitəsi operatoru tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq haqq alınır.