Gömrük orqanı əməkdaşı regional, beynəlxalq və digər xarici tədbirlərdə iştirak edərkən digər ölkələrin və ya beynəlxalq təşkilatların nümayəndələri tərəfindən mövcud protokol və etiket qaydalarına görə ona verilən hədiyyələri qəbul etdiyi hallarda bu barədə dərhal onunla birlikdə səfərdə olan nümayəndə heyətinin rəhbərinə, tək ezam olunduğu halda isə ezamiyyətdən geri qayıtdıqdan sonra bilavasitə rəhbərinə məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.