Gələn ildən ildən vətəndaşlar maaş və pensiyalarını istənilən bankdan ala biləcəklər.
Heftelik.az-ın məlumatına görə, Mərkəzi Bankın sədri Taleh Kazımov bunu bu gün ölkənin aparıcı iqtisadçıları ilə görüşdə bildirib.
Görüşdə iştirak edən iqtisadçı Natiq Cəfərli bildirib ki, görüşdə ən çox müzakirə olunan bank kredit faizlərinin yüksək olması, regionlarda verilən kreditlərin azlığı, aqrar sektora kredit verilməməsi, qiymət artımı, inflyasiya, ölkədə 3-4 bankın dominantlığı və s. məsələlər olub.
Qeyd edək ki, hazırda maaş və pensiyalar fərqli bankların bankomatlarından çıxarılan zaman faiz tutulur.
Beləliklə, 2024-cü ildən bu problemə son qoyulacaq.