Hüquqi şəxslərə ünvanlanmış sadə və sifarişli məktublar, poçt kartları, poçt göndərişlərinin və pul köçürmələrinin çatdırılması haqqında xəbərnamələr, poçt göndərişlərinin və pul köçürmələrinin daxil olması haqqında bildirişlər, dövrü çap nəşrləri, əgər poçt rabitəsi operatoru ilə bu hüquqi şəxslər (müəssisələr) arasında bağlanmış müqavilə ilə digər qayda müəyyən edilməyibsə, hüquqi şəxsin yerləşdiyi binanın birinci mərtəbəsində dəftərxana, ekspedisiya şöbələrində çatdırılır və ya poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə etibarnamə əsasında verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.