Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə ötən gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Heftelik.az xəbər verir ki, bu barədə “Qazax Xeyriyyə Cəmiyyəti məlumat yayıb.
Qeyd edilib ki, Zöhrə xanım öz vəsiyyətinə uyğun olaraq Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub.
Xatırladaq ki, Zöhrə Arif qızı Hüseynzadə 1951-ci ilin 30 sentyabrında Qazax rayonunun Yenigün kəndində (indiki Ağstafa rayonu – red.) anadan olub.