Tullantıların toksikilik əmsalının hesablanması müvafiq qaydaya uyğun olaraq aparılır və nəzərə alınmalıdır ki, toksikilik əmsalı aşağı olduqca, zərərli təsir riski bir o qədər yuxarı olur.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Alınmış məlumatlardan istifadə etməklə identifikasiya (eyniləşdirmə) üçün aşağıdakı dörd əsas nəticə əldə olunur;
– təhlükəli tullantının növü;
– təhlükəli tullantının miqdarı;
– əsas təhlükəlilik;
– yanaşı təhlükəlilik.