Mərkəzləşdirilmiş soyuq su təchizatı sistemi – suyu mənbədən götürən, keyfiyyət göstəricilərini yaxşılaşdıran, istehlakçılara tələb olunan miqdar və təzyiq altında çatdıran, bir-birləri ilə texnoloji əlaqədə olan mühəndis qurğuları kompleksidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Mühəndis sistemlərində qəza – su təchizatı, kanalizasiya sistemlərinin, yaxud ayrı-ayrı obyektlərin, avadanlıqların, qurğuların su tələbatının və tullantı sularının miqdarının kəsilməsinə və ya əhəmiyyətli dərəcədə azalmasına, içməli suyun keyfiyyətinin korlanmasına və ya ətraf mühitə, hüquqi və fiziki şəxslərin mülkiyyətinə, eləcə də əhalinin sağlamlığına ziyan vurmasına səbəb olan zədələnmələri və ya sıradan çıxmalarıdır.