Nəqliyyat vasitəsinin qeydiyyatının aparılması ilə bağlı Reyestr kitabında verilən qeydiyyat nömrəsi (bundan sonra – qeydiyyat nömrəsi) hüquqların dövlət qeydiyyatı üçün verilmiş ərizənin Dövlət Agentliyinə daxil olma nömrəsi əsasında formalaşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən təqdim edilmiş ərizə “Hüquqların qeydiyyatı üzrə ərizə jurnalı”nda (1 nömrəli Əlavə) qeydiyyata alınır və ərizənin aşağı sağ küncündə ştamp vurularaq qeydəalınma nömrəsi və tarixi göstərilir. Hüquqların qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır.
Nəqliyyat vasitəsi uçota alınarkən Dövlət Agentliyində nəqliyyat vasitələrinin texniki göstəriciləri və nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxslərə dair məlumatlar Reyestr kitabına daxil edilir.