Neft kəmərində hidrogen sulfid tərkibli neftin sızması aşkar olduqda hansı tədbirlərin görülməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neft kəmərində hidrogen sulfid tərkibli neftin sızması aşkar olduqda aşağıdakı tədbirlər görülməlidir:

– neftin sızması baş verən yerin yaxınlığında bütün torpaq işləri, ekskavatorların və mexanizmlərin işi dayandırılmalıdır;

– heyət süzgəcli əleyhqaz geyinməlidir;

– rayon dispetçer məntəqəsinə, yaxud ən yaxın neftvurma stansiyasının dispetçerinə və təmir işlərinə cavabdeh olan şəxsə xəbər verməlidir;

– neft dağılan sahə siqnal bayraqları ilə əhatəyə alınmalı, “Alovla yaxınlaşmayın!”, “Siqaret çəkmək qadağandır!”, “Təhlükəlidir-neft!”, sutkanın qaranlıq vaxtı isə partlayışdan mühafizəli işıq siqnal fənərlər quraşdırılmalı və qəzanın ləğvi planına uyğun hərəkət edilməlidir.