Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) nələrə yol verildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir:
– oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi;
– hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi;
– əlilliyi olan şəxslər üçün pandusların təşkil edilməsi;
– tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi.