Rumıniyada qızılca epidemiyası elan edilib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Rumıniya Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qızılcaya yoluxma hallarının həyəcanverici artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib” , – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
Hazırda Rumıniyada 41 əyalətdən 29-da 2 minə yaxın qızılcaya yoluxma faktı qeydə alınıb.
Rumıniya Səhiyyə Nazirliyi ölkədə uşaqların 78%-nin peyvəndin ilk dozasını, peyvənd olunmaq hüququ olan uşaqların 62%-nin isə iki doza qəbul etdiyini bildirib. Eyni zamanda, son 10 ildə ölkədə peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur.