Poçt göndərişinin qəbulu zamanı təqdim olunan beynəlxalq cavab kuponu çəkisi 20 qramadək olan beynəlxalq sadə avia məktubun göndərilmə tarifinə uyğun poçt markasına dəyişdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt markaları və beynəlxalq cavab kuponları yalnız Milli operator tərəfindən məktub poçtunun göndərilməsi üzrə xidmətlərin göstərilməsi zamanı ödəniş vasitəsi kimi istifadə edilir.