Gömrük orqanı əməkdaşı vətəndaşları qəbul edərkən onları diqqətlə dinləməli, hüquq və vəzifələrini izah etməli, qanunvericiliyin tələblərinə uyğun olaraq problemin həlli yolunu göstərməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı vətəndaşlarla ünsiyyət zamanı süründürməçilik hallarına yol verməməli və gömrük orqanlarına olan etimadın möhkəmləndirilməsinə çalışmalıdır.