Qəzaların ləğvi planı (QLP) müəssisə üzrə əmrlə təyin edilmiş mütəxəssislərdən ibarət komissiya tərəfindən işlənib hazırlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
QLP-na hər il yenidən baxılmalıdır. Texnologiyada, iş şəraitində, təhlükəsizlik qaydalarında dəyişikliklər aparıldıqda QLP-na 10 gün müddətinə müvafiq dəyişikliklər və əlavələr edilməlidir.