Xaricdə istehsal olunmuş avadanlıqların odsöndürücülərlə komplektləşdirilməsi, onların ölkəyə gətirilməsi müqaviləsinə müvafiq şəkildə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Odsöndürücülərin seçilməsi və zəruri sayının hesablanması onların odsöndürmə xüsusiyyətlərindən, söndürmə sahəsinin ölçülərindən, İSO № 3941-77 sənədinə müvafiq obyekt və ya binadakı yanar maddə və materialların yanğın sinfindən asılı olaraq aparılır.
A sinfi – əsasən üzvi mənşəli və yanması közərmə ilə müşahidə edilən bərk maddələrin (ağac, tekstil, kağız və s.) yanması ilə yanğın.
B sinfi – yanar mayelərin və ya əriyən bərk maddələrin yanması ilə yanğın.
C sinfi – qaz yanğınları.
D sinfi – metal və onların ərintilərinin yanğınları.
E sinfi – elektrik qurğularının yanması ilə yanğınlar.