Avadanlıqla təchiz edilmiş, yenidən yığılmış və yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınmasının hansı əsaslarla aparıldığı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, avadanlıqla təchiz edilmiş, yenidən yığılmış və yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır:
– avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında Dövlət Agentliyinin verdiyi icazə;
– təmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir);
– nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı;
– nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi;
– bu Təlimatda göstərilmiş digər tələb olunan sənədlər.