Sosial müavinət və təqaüdlər üzrə xərclərin ilkin proqnozlaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ehtiyatlı mövqedən çıxış edilməklə həyata keçirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.

Aztəminatlı ailələrə hesablanan uşaq müavinətləri kateqoriyasından şəhid uşaqlarına verilən sosial müavinət üzrə müavinət alan uşaqların sayı 2020-ci ildə 492 nəfər olduğu halda, 2021-ci ildə bu göstərici 1557 nəfərədək artıb. 2020- ci ildə xərc edilmiş vəsait 44,7 min manat olmuş, 2021-ci ildə 535,3 min manat smeta üzrə təsdiq edilmiş xərcə nisbətdə 84,2% həcmində olmaqla 450,5 min manat vəsait xərc edilib. Habelə şəhid ailələrinin üzvlərinə hesablanan təqaüd alan ailələrin sayı 2020-ci ildə 13475, 2021-ci ildə isə 18374 olub. 2020-ci ildə müvafiq təqaüd növü üzrə 36,3 min manat xərc edildiyi halda, 2021-ci ildə 90500,0 min manat smeta üzrə təsdiq edilmiş xərcə nisbətdə 83,5% həcmində olmaqla 75607,7 min manat vəsait xərc edilib.