Gömrük orqanı əməkdaşı xidmətin aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına səbəb ola biləcək məlumatların konfidensiallığını təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlarla ünsiyyət qurulmasına zərurət yarandığı hallarda bu ünsiyyətin gömrük orqanlarının inzibati binasında aparılmasına üstünlük verməlidir.