Gömrük orqanının əməkdaşı xidməti davranışı zamanı müəmmalı həyat tərzi keçirən, o cümlədən, qaçaqmalçılıq və gömrük qanunvericiliyinin pozulması hallarına görə məhkum olunmuş və mütəmadi bu işlərlə məşğul olan şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşməyə getməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Eyni zamanda anket məlumatlarında özü və ailə üzvləri haqqında məlumatları düzgün göstərməli, heç bir faktı gizlətməməli, anket məlumatlarında dəyişikliklər baş verdikdə dərhal bu barədə xidmət etdiyi orqanın rəhbərini məlumatlandırmalıdır.