Qanovlarda, havaya hidrogen sulfidin yığılması ehtimal olunan şəraitdə işlər (təmizləmə, izolyasiya və torpaq işləri) tərkibi üç nəfərdən az olmayan briqada tərəfindən yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Onlardan iki nəfər qanovda işləməli, üçüncüsü isə (əvəzedici) qanovun üstündə dayanmalıdır. O, qanovda işləyən iki nəfərin vəziyyətinə nəzarət etməli, əgər qazdan zəhərlənmə əlamətlərini müşahidə etsə, onları yuxarı qaldırıb ilk tibbi yardım göstərməlidir.