Poçt rabitəsi operatorlarına qarşı pretenziyalar poçt göndərişlərinin, pul köçürmələrinin istər qəbul, istərsə də təyinat yeri üzrə qaldırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Beynəlxalq poçt göndərişləri, pul köçürmələri üzrə pretenziyalar ÜPİ aktları və ikitərəfli müqavilələrlə nəzərdə tutulmuş qaydada və müddətlərdə qəbul edilir və 3 ay ərzində baxılaraq istifadəçiyə yazılı məlumat verilir.